Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı abidələri bütün Azərbaycan abidələrini öyrənmək üçün açar rolunu oynayır

0


  •          Xocalıda
    qədim abidələrin öyrənilməsi işi XX yüzilliyin əvvəllərinə təsadüf etmişdir.
    Qarabağ abidələrini öyrənən Alman tədqiqatçısı Emil Resler, rus şərqşünası
    M.Xankov, ingilis alimi F.Bajer, fransız şərqşünası A.Berje buradakı arxeoloji
    abidələrlə tanış olmuş və təəssüflər olsun ki, buradan tapılmış eneolit, tunc
    və dəmir dövrünə aid əşyaları öz ölkələrinə aparmışlar. Azərbaycanlı tədqiqatçı
    alim Ə.Ələkbərovun ərazidə apardığı tədqiqat işləri böyük əhəmiyyət kəsb
    etmişdir. Azərbay­canın görkəmli aliminin qənaətinə görə Xocalı abidələri bütün
    Azərbaycan abidələrini öyrənmək üçün açar rolunu oynayır. Ümum­milli liderimiz
    Heydər Əliyevin təşəbbüsü ilə keçən əsrin 70-ci illərində Xocalı abidələri
    tədqiq edilmiş və ərazidə qədim və orta əsrlərə aid 28 abidənin olması aşkar
    edilmişdir. Tədqiqatlar nəti­cəsində tunc dövrünə aid 8 kurqan və nekropol,
    dəmir dövrünə aid 5 qəbir və kurqan, orta əsrlər dövrünə aid 9 məbəd, IX-XVIII əsrlərə aid 5 qala, XIV əsrə
    aid türbə aşkarlanaraq öyrənilmişdir ki, bütün bunlar Vətənimizin tarixinin
    öyrənilməsində mühüm əhəmiyyət kəsb edirdi. Lakin çox təəssüflər olsun ki,
    1992-ci ilin fevralında erməni və rus ordusunun birləşmiş qüvvələri Xocalıda
    əhalini vəhşicəsinə qırarkən bəşəriyyət üçün nadir abidələr toplusu olan zəngin
    Xocalı abidələrini də dağıtdılar.

    “Müqəddəs yurd: Xocalı” adlı kitabdan









    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib28 dəfə
    Xocalı abidələri bütün Azərbaycan abidələrini öyrənmək üçün açar rolunu oynayır

    Maraqlı gələ bilər
    32
    34
    34
    36